Xəzər Xəbər

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

Hadisə | 12:42 • 25 Mart 2020
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, gün ərzində törədilmiş 20 cinayətin üstü "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Xəbər lenti