Xəzər Xəbər

Bakıda bağlı qalan 4 cinayətin üstü açılıb

Hadisə | 11:49 • 25 Mart 2020
Bakıda bağlı qalan 4 cinayətin üstü açılıb

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 24-də 16 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən xezerxeber.az-a verilən məlumata görə, onlardan 4-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Quldurluq üzrə 3, narkotiklərin qanunsuz dövriyyəsinə görə 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 5 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 4 nəfər saxlanılıb.

İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Xəbər lenti