Xəzər Xəbər

Göygöldə qapının açıq qalması qonşular arasında davaya səbəb oldu: Yaralılar var

Hadisə | 11:25 • 24 Mart 2020
Göygöldə qapının açıq qalması qonşular arasında davaya səbəb oldu:

Göygöldə döyülmə faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə rayonun Murovdağ qəsəbəsində baş verib.

Qəsəbədə məskunlaşan Kəlbəcər rayon sakini, 1987-ci il təvəllüdlü Əliyev Elgün Gəncəli oğlu həmyerlisi, 1991-ci il təvəllüdlü Qasımov Alim Nadir oğlu ilə dava edib. Dava zamanı hər iki tərəf xəsarət alıb.

Nəticədə, Elgün Əliyev və onun həyat yoldaşı - 1991-ci il təvəllüdlü Əliyeva Aynur Hayistan qızı və qarşı tərəfdən olan Qasımov Alim Nadir oğlu, onun qardaşı 1994-cü il təvəllüdlü Qasımov Röyal Nadir oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Xəstələrin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisə iki qonşuarasında baş verib. Dava-dalaşa səbəb isə sözügedən şəxslərin birinin övladının digərin həyətinin qapısını açıq qoyması olub.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti