Xəzər Xəbər

Azərbaycanda dəhşət: qətlə görə həbsdə olmuş şəxs güllələndi

Hadisə | 17:36 • 21 Mart 2020
Azərbaycanda dəhşət: qətlə görə həbsdə olmuş şəxs güllələndi

Bakı sakinini güllələyən şəxs saxlanılıb.

XəzərXəbər-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, martın 20-də Xəzər rayonunun Şağan qəsəbə sakini Q.Teymurovun xəsarətlə xəstəxanaya gətirilməsi barədə 1-ci Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla əvvəllər qəsdən adam öldürməyə görə məhkum olunmuş Q.Teymurova xəsarətin Şağan qəsəbəsi ərazisində qəsəbə sakini R.Sultanzadənin münaqişə zəminində tüfəngdən açdığı atəşlə yetirildiyi müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Sultanzadə saxlanılıb. Cinayəti törədərkən istifadə etdiyi "Özkanarms” markalı ov tüfəngi ondan götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29, 120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər lenti