Xəzər Xəbər

Azərbaycanda ŞOK OLAY: gənc oğlan 4 yaşlı uşağa təcavüz etdi

Hadisə | 16:14 • 20 Mart 2020
Azərbaycanda ŞOK OLAY:

Quba rayonunda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Siyəzən şəhər sakini, 1989-cu il təvəllüdlü Füzuli Bəylərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az-ın xəbərinə görə, Füzuli Bəylərov 11 iyun 2018-ci il tarixdə, saat 12 radələrində Quba rayonun mərkəzində yerləşən yaşayış olmayan iki mərtəbəli yarım tikilinin həyətində 2014-cü il təvəllüdlü Bəhman Məmmədova (cinayət işində zərərçəkmişin, onun qohumlarının ad və soyadları şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

"Hara getdiyini mənə demədi”

İstintaq orqanı tərəfindən Füzuli Bəylərovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Füzuli Bəylərov 11 iyun 2018-ci il tarixdə saat 09 radələrində yeznəsi İlqarın (zərərçəkmiş azyaşlının əmisidir – red.) evinə gəlib: "Saat 09.30-da İlqarla birlikdə İlqarın yaşadığı evin yaxınlığında, yəni Quba şəhəri, M.Qaraxanov küçəsi ərazisində yerləşən tikilidə santexnik işini görmək üçün getdik. Təxminən saat 11.30-da İlqarın telefonuna zəng olundu, İlqar telefonla danışdıqdan sonra kombi aparatını təmir etmək üçün gedəcəyini bildirdi, sonra getdi. İlqar hara getdiyini mənə demədi”.

"Dedi ki, uşağa neynəmisən?”

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 45 dəqiqə sonra İlqar qayıdıb və onlar birlikdə çay içmək üçün evin qarşısında, birinci mərtəbənin girişində əyləşiblər: "Bu zaman Əli darvazanın qapısını açaraq həyətə daxil olaraq əlindəki dəmir parçası ilə üzərimə hücum çəkdi. Dedi ki, uşağa neynəmisən. Sonra yenə də üstümə gəldi. Məni yumruq və şillə ilə üz, sinə, boyun və çiyinlərimdən zərbə endirdi. Bundan sonra İlqar tez gələrək Əlini məndən aralamağa çalışdı”.

"Mənə böhtan atırlar”

Təqsirləndirilən şəxs qeyd edib ki, Bəhman onun işlədiyi yerə gəlməyib, o, uşağı görməyib: "Bunların hamısı yalan, şər-böhtandır. Əlinin arvadı bacımdır, bir dəfə guya bacımın evindən pul oğurlumaqda, bir dəfə də guya Əlinin anasını öldürmək istəməyim ilə bağlı mənə şər atıblar. Bu cinayəti törətməmişəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bacısı Əlinin qardaşı arvadıdır, Əli və anası onun bacısını ərindən boşatmaq istəyir, belə olan halda da ona böhtan atırlar.

"Öz balam kimi görmüşəm”

Füzuli Bəylərovun ifadəsinə görə, yeznəsinin evindən 33.000 ABŞ dolları pul oğurlanmayıb, həmin pulu yeznəsinin anası və qardaşı götürüblər: "Bunları ört-basdır etmək üçün isə mənim barəmdə bu cür plan qurublar. Hadisədən əvvəl yeznəm İlqarla bir həftə Əlinin evində beton tökmüşük. Bu müddətdə mənim Bəhmanla ünsiyyətim olub. Bəhmanı öz balam, bacımın balası kimi görmüşəm”.

"Evə getmək istədiyimi dedim”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Bəhman Məmmədov bildirib ki, hadisə baş verən zaman onun 5 yaşı olub: "Füzuli dayını tanıyıram. O, uzaq yerdə yox, yaxın yerdə işləyir, ev düzəldir. Füzuli dayının iş yerində olmuam, onun iş yerinə velosipedlə getmişəm. Füzuli dayı tək olub. Füzuli onun şalvarını çıxartdı, məni yuxarıdakı tualetə apardı. Mənim köynəyimi də çıxartdı. Evə getmək istədiyimi dedim. Amma Füzuli məni qoymadı. Evdə mamama olanları dedim. Mamam da atama zəng etdi, atama da Füzuli dayını vurdu”.

"Oğlumun yalan danışmaq vərdişi olmayıb”

Zərərçəkmişin atası Əli Məmmədov deyib ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib: "Azyaşlı oğluma qarşı qardaşımın qaynı Füzuli Bəylərov tərəfindən edilən əxlaqsız hərəkətlər barədə məlumat verdim. Sonra polis əməkdaşları həmin hadisə yerinə gəldi, Füzulini polis şöbəsinə apardılar. Bundan sonra həyat yoldaşım və azyaşlı oğlumla polis şöbəsinə gedərək qardaşımın qaynı Füzulinin azyaşlı oğluma qarşı etdiyi əxlaqsız hərəkətlər barəsində şikayət ərizəsi yazdım. Oğlumda əvvəllər hər hansı bir xəstəlik və yalan danışmaq vərdişi olmayıb”.

"Onu bağışlamıram”

Əli Məmmədovun sözlərinə görə, qardaşı və onun qaynı Füzuli ilə hadisəyə qədər münasibətlərimiz yaxşı olub: "Heç bir ədavətləri və düşmənçiliyimiz olmayıb. Füzuli Bəylərovun azyaşlı oğluma qarşı etdiyi əxlaqsız hərəkətlərə görə onu bağışlamıram”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Füzuli Bəylərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Füzuli Bəylərov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Füzuli Bəylərovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, şikayət təmin edilməyib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti