Xəzər Xəbər

Bakıda hamilə qadın bətnindəki körpə ilə birgə öldü

Hadisə | 10:10 • 19 Mart 2020
Bakıda hamilə qadın bətnindəki körpə ilə birgə öldü

Bakıda hamilə qadın ölüb.

XəzərXəbər xəbər verir ki, hadisə Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən Topçubaşov adına Elmi-Tədqiqat Cərrahiyə Xəstəxanasında qeydə alınıb.

Ağır vəziyyətdə xəstəxanaya gətirilən Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Şəbnəm Mustafayevaya tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb. 22 həftəlik hamilə olan qadın bətnindəki uşaq ilə birlikdə ölüb.

Məlumata görə, 5 il qabaq ürək əməliyyatı keçirən qadın bu il martın 17-də "mitral qabağın protezinin trombozu" diaqnozu ilə Topçubaşov adına Elmi Cərrahiyə Xəstəxanasına yerləşdirilib. Tibbi müdaxilələr nəticə vermədiyindən o ürək çatışmazlığından ölüb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti