Xəzər Xəbər

"Bandotdel"dən şantajla məşğul olan şəxslərə qarşı ƏMƏLİYYAT

Hadisə | 14:33 • 12 Mart 2020
"Bandotdel"dən şantajla məşğul olan

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən dəstə üzvlərinə qarşı əməliyyat həyata keçirilib.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş İdarəyə naməlum şəxslərin Sumqayıt şəhər sakini Nemət Rəhimovdan hədə-qorxu ilə 13400 manat və Biləsuvar rayon sakini Niyaməddin Abbasovdan isə eyni üsulla 15000 manat pul tələb etməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbir nəticəsində qeyd edilən məbləğdə pul vəsaitlərini alan dəstə üzvləri əvvəllər məhkum olunmuşlar, Ağstafa rayon sakini Cavid Həsənov və Biləsuvar rayon sakini Vasif Bağışov tutulublar. Onlar istintaqa verdikləri ifadələrində etdikləri cinayəti etiraf ediblər.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Bakı şəhər sakini olan bir qadına hədə-qorxu gələrək ondan pul tələb edən Sumqayıt şəhər sakini Teymur Sadiqi-Raşidi saxlanılıb. O, şantaj etdiyi qadından 1000 manat alan zaman Baş İdarənmin əməkdaşları tərəfindən tutulub.

Saxlanılan şəxslərin hər biri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onların ətraflarının və cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti