Xəzər Xəbər

Azərbaycanda sevgilisi ilə kirayədə yaşayan 23 yaşlı qızın DƏHŞƏTLİ ÖLÜMÜ

Hadisə | 13:48 • 12 Mart 2020
Azərbaycanda sevgilisi ilə kirayədə yaşayan

Bir neçə gün əvvəl Sumqayıt şəhəri 4-cü mikroayonda yerləşən mənzildə meyiti tapılan 1997-ci il təvəllüdlü Əliyeva Günay Rza qızının öldürüldüyü məlum olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, ilkin araşdırmalar zamanı G.Əliyevanın boğularaq öldürüldüyü təsdiqlənib. Hadisədən dərhal sonra qızın qardaşı və qeyri-rəsmi nikahda yaşadığı şəxs saxlanılsa da, qətlin başqa şəxs tərəfindən törədilməsi üzə çıxıb və həmin şəxs tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, 23 yaşlı qız ailəsi ilə Bakı şəhər Ramana qəsəbəsində yaşasa da, sonradan evi tərk edib. O, sevgilisi ilə Sumqayıtda kirayə yaşamağa başlayıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş açılıb. Hadisənin hansı şəraitdə və nə səbbədən törədilməsi araşdırılır.

Xəbər lenti