Xəzər Xəbər

DİN Novxanıdakı hadisə ilə bağlı məlumat yaydı

Hadisə | 14:37 • 11 Mart 2020
DİN Novxanıdakı hadisə ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi dünən Novxanıda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

XəzərXəbər nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 10-da saat 13 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Xırdalan şəhər sakini S.Səlimovun idarə etdiyi "Ford” və Sumqayıt şəhər sakini Rauf Abbaslının idarə etdiyi "Volkswagen” markalı avtomobillər toqquşub.

Nəticədə R.Abbaslı hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti