Xəzər Xəbər

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Avtomobili yolun kənarındakı insanlara çırpdı

Hadisə | 13:31 • 11 Mart 2020
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ:

Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, hadisə rayonun Aslanbəyli kəndi ərazisində qeydə alınıb.

Rayon sakini O.Dərgahquliyev idarə etdiyi "VAZ-2106” markalı avtomobillə yolun kənarında dayanmış kənd sakinləri Ziyad Nəsibovu və Z.Məmmədovu vurub.

Nəticədə onlar xəsarətlə xəstəxanaya yerləşdirilib, Z.Nəsibov orada ölüb.

Faktla bağlı Qazax rayon polis şöbəsində araşdırma aparılır.

Xəbər lenti