Xəzər Xəbər

Azərbaycanda AİLƏ FACİƏSİ 4-cü sinifdə oxuyan oğlan özünü öldürdü

Hadisə | 09:38 • 11 Mart 2020
Azərbaycanda AİLƏ FACİƏSİ

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Rayonun Sarxanbəyli kəndində 2009-cu il təvəllüdlü N.S özünü yaşadığı evin həyətindəki damda asaraq intihar edib.

Onun asılı vəziyyətdə qalan meyitini ailə üzvləri aşkarlayıblar.

Bildirilir ki, intihar edən 11 yaşlı oğlanın anası 4 il əvvəl vəfat edib. O, orta məktəbin 4-cü sinfində oxuyurmuş.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, araşdırma aparılır./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti