Xəzər Xəbər

Xaçmaz polisi əməliyyat keçirdi: Həbs olunan var

Hadisə | 13:50 • 9 Mart 2020
Xaçmaz polisi əməliyyat keçirdi: Həbs olunan var

Xaçmaz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, Xaçmaz rayon polis şöbəsinin cinayət axtarış bölməsinin və narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Mirzəməmməd kənd sakini, əvvəllər qəsdən adam öldürməyə görə həbs olunmuş 42 yaşlı Zabit Mehrəliyev şübhəli şəxs qismində yaşadığı evin yaxınlığında tutulub.

Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman böyük həcmdə narkotik maddə aşkar edilib. Polis əməkdaşları tərəfindən oradan təmiz çəkisi 50 kiloqrama yaxın 205 ədəd kibrit qutularında və 63 ədəd sellofan və kağız bükümlərdə satış üçün qablaşdırılmış qurudulmuş marixuana, 12 kisədə hündürlüyü 100-220 sm olan bütöv halda olan çətənə bitkiləri və həmin bitkilərinin toxumları, eləcə də bir ədəd elektron tərəzi maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı Z.Mehrəliyev narkotik tərkibli bitkiləri yaşadığı kəndin yaxınlığında yerləşən meşəlik ərazidə yetişdirdiyini, daha sonra isə satış məqsədi ilə yaşadığı evdə kibrit qutularında və sellofan torbalarda qablaşdırdığını etiraf edib.

Faktla bağlı Xaçmaz rayon polis şöbəsində cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.



Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti