Xəzər Xəbər

Bakıda 4 avtomobil yandı

Hadisə | 10:11 • 8 Mart 2020
Bakıda 4 avtomobil yandı

Bakıda yanğın hadisəsi olub.

Bu barədə XəzərXəbər Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Nəsimi rayonunda avtomobil təmiri sexinin ərazisində ümumi sahəsi 12 m² olan şüşə-pambıq üzlükdən ibarət konteynerin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 12 m² olan digər konteynerin bir tərəfi 4 m² sahədə, ərazidə təmirə dayanan iki ədəd "Hyundai" markalı minik avtomobilinin yanar hissələri qismən, "ZİL" markalı yük avtomobilinin salon hissəsi və "Renault" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Konteyner, avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti