Xəzər Xəbər

Azərbaycanda 65 nəfər BU SƏBƏBDƏN ÖLDÜ - DƏHŞƏT

Hadisə | 18:40 • 6 Mart 2020
Azərbaycanda 65 nəfər

2019-cu il ərzində Azərbaycanda baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 2319 olub.

Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, yanğın hadisələri zamanı 53 nəfər həlak olub, 232 nəfər xəsarət alıb, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 30 nəfər və ya 36% azdır, xəsarət alanlar üzrə 67 nəfər və ya 41% çoxdur.

Bundan əlavə 2019-cu il ərzində respublika ərazisində 73 partlayış hadisəsi baş verib ki, bu da 2018-ci il ilə müqayisədə 4 hadisə və ya 6% çoxdur. Partlayışlar zamanı 12 nəfər həlak olub, 103 nəfər xəsarət alıb.

Xəbər lenti