Xəzər Xəbər

ABŞ-da tornado nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb

Hadisə | 09:44 • 4 Mart 2020
ABŞ-da tornado nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb

ABŞ-ın Tennessi ştatında baş verən qasırğa nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə "NBC” televiziyası dövlət orqanlarına istinadən məlumat yayıb.


Bundan "CNN” 22 nəfərin ölməsi barədə məlumat vermişdi.


ABŞ-ın Okeanlar və Atmosfer üzrə Milli Agentliyinin məlumatına əsasən, bu təbii fəlakət ölənlərin sayına görə, Tennessi ştatının tarixində ikinci ən böyük qasırğa olub. 22 mart 1952-ci ildə baş verən qasırğa bu ştatda 38 nəfərin, 5 fevral 2008-ci ildə isə 22 nəfərin ölümünə səbəb olmuşdu.

Xəbər lenti