Xəzər Xəbər

Bakıda iki nəfər dəm qazından boğularaq ölüb

Hadisə | 09:29 • 4 Mart 2020
Bakıda iki nəfər dəm qazından boğularaq ölüb

Bakıda iki nəfər dəm qazından boğularaq ölüb.


Paytaxtın Yasamal rayonu Yeni Yasamal 1, ev 7, mənzil 20-də yaşayan, 2004-cü il təvəllüdlü Məlikova Nəzakət Aqil qızı yaşadığı evin hamamında çimərkən dəm qazından boğulub.


Bundan başqa Səbail rayonu, Qurban Abbasov küçəsi 2, mənzil 6-da 1964-cü il təvəllüdlü Zemfira Buksayeva dəm qazından boğularaq ölüb.


Birinci faktla Yasamal rayon Prokurorluğunda, ikinci faktla bağlı isə Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olma) maddələri ilə cinayət işi başlanıb. (APA)

Xəbər lenti