Xəzər Xəbər

Azərbaycanın Xalq artisti vəfat etdi

Hadisə | 11:49 • 29 Fevral 2020
Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycan teatrına ağır itki üz verib.

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlı bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib.

Bu barədə teatrın aktyoru İlham Əsədov sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Ağaxan Əli oğlu Salmanlı 1941-ci ildə Suraxanıda anadan olub. O, ilk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının "Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Uzun illər bu teatrın aktyoru olub. 1978-ci ilə Əməkdar artist, 2005-ci ildə Xalq artisti adına layiq görülüb.

Bir neçə gün əvvəl Xalq artistinin nəvəsinin toy mərasimi keçirilmişdi.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti