Xəzər Xəbər

Polis üç rayonda əməliyyat keçirdi: Həbs olunanlar var

Hadisə | 12:24 • 28 Fevral 2020
Polis üç rayonda əməliyyat keçirdi:

Salyan rayonunda narkotik alverçisinin həbs edilməsi üçün əməliyyat keçirilib.

XəzərXəbər xəbər verir ki, Salyan rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini S.Zülfüqarzadə saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 460 qram marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, Ağdaş rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qəribli kənd sakini A.Hüseynovdan müvafiq sənədləri olmayan "TOZ-16” markalı tüfəng aşkar edilib.

Oxşar əməliyyat Şabran rayonunda da keçirilib.

Şabran rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəhimli kənd sakini V.Musayevdən müvafiq sənədləri olmayan "İJ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Hər üç faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti