Xəzər Xəbər

Şirvanda boşanmaq istəyən arvadını amansızlıqla qətlə yetirən kişi: “Anamla eyni evdə yaşamaq istəmirdi”

Hadisə | 15:46 • 27 Fevral 2020
Şirvanda boşanmaq istəyən arvadını amansızlıqla qətlə yetirən kişi:

"Xarakterimiz uyğun gəlmədi”.

Bunu ilkin dindirilmə zamanı həyat yoldaşınıöldürən Şirvan şəhər sakini- 1984-cü il təvəllüdlü Sahib Nağıyev deyib.

XəzərXəbər S.Nağıyevinhəyat yoldaşı - 1986-cı il təvəllüdlü Pərvanə Nağıyevanıöldürməsinin təfərrüatları barədə bəzi məlumatları əldə edib.

Qeyd edək ki, ağır cinayət hadisəsi məcburi köçkün ailəsində törədilib. Ağdam rayonundan olan Nağıyev Sahib İdris oğlu həyat yoldaşını boğub öldürəndən sonra mətbəx bıçağı ilə onun boğazını kəsib. Hadisədən sonra kişi övladlarını götürərək evi tərk edib.

S.Nağıyev cinayət baş verən zaman evdə olan anasına bildirib ki, yeni mənzilinə baxmağa gedir. S.Nağıyev məcburi köçkün olduğu üçün dövlət tərəfindən yeni mənzillə təmin olunub və ailə yaxın vaxtlarda həmin evə köçməyi planlaşdırıb.

Anası Pərvanənin harada olduğunu soruşanda isəoğlu deyib ki, həyat yoldaşı yatır və onu narahat etmək lazım deyil.

Bir müddət sonra S.Nağıyev polis bölməsinə gedərək, könüllü təslim olub.

Dindirmə zamanı o, həyat yoldaşı ilə 15 il birgə yaşadıqlarını və bu illər ərzində "it-pişik” kimi didişdiklərini söyləyib.

S.Nağıyevbildirib ki, həyat yoldaşı yaşlı qayınanası ilə pis rəftar edib, ona qulluq etməyib. Son günlər isə Pərvanə qayınanası ilə bir evdə yaşamayacağını tez-tez təkrar edib.

S.Nağıyev onu da deyib ki, həyat yoldaşı ondan dəfələrlə boşanmaq istədiyini xahiş etsə də, o, "nəslimizdə arvadı boşamırlar” cavabını verib.

S.Nağıyev həyat yoldaşının qətlə yetirilməsini planlı şəkildə həyata keçirib.

Cinayət hadisəsi ilə əlaqədar istintaq davam etdirilir.

oxu.az

Xəbər lenti