Xəzər Xəbər

Ucar və Gədəbəydə yük avtomobilləri ağır qəza törətdi – ÖLƏNLƏR VAR

Hadisə | 14:05 • 24 Fevral 2020
Ucar və Gədəbəydə yük avtomobilləri ağır qəza törətdi

Fevralın 22-də saat 17 radələrində Gədəbəy rayonunun Gər-Gər kəndi ərazisində ağır yol qəzası baş verib.

XəzərXəbər xəbər verir ki, kənd sakini Taleh Rəsulovun idarə etdiyi "VAZ-21015” və Arıqdam kənd sakini A.Qarayevin idarə etdiyi "KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Rəsulov orada ölüb.

Oxşar hadisə fevralın 22-də saat 15 radələrində Ucar rayonunun Pirkənd kəndi ərazisində də baş verib. Bakı şəhər sakini E.Qarayev idarə etdiyi "Mercedes” markalı avtomobili qarşıda gedən "Volvo” markalı yük avtomobilinə vurub. Nəticədə E.Qarayevin sərnişini Namiq Gərəkməzli xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti