Şəkidə 37 yaşlı kişi itkin düşüb.
XəzərXəbər xəbər verir ki, rayonun Aşağı Göynük kənd sakini Sabir Avsarov polisə müraciət edərək bildirib ki, oğlu, 1983-cü il təvəllüdlü Səlim Avsarov fevralın 15-də evi tərk edib və bir daha geri qayıtmayıb. O, qeyd edib ki, oğlu evdən gedərkən ailə üzvlərinə hara getməsi barədə məlumat verməyib.
Müraciət əsasında araşdırmalar aparılır.