Xəzər Xəbər

Taksi sürücüsünü sükan arxasında bıçaqladılar – Bakı-Qazax yolunda

Hadisə | 14:50 • 17 Fevral 2020
Taksi sürücüsünü sükan arxasında bıçaqladılar

Taksi sürücüsünə qarşı quldurluq etmiş şəxslər tutulub.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 15-də Yevlax rayon avtovağzalında şəhər sakini A.Qəribovun idarə etdiyi "Mercedes” markalı avtomobilə sərnişin qismində oturmuş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Daşdəmirov, Mingəçevir şəhər sakini M.Səmədov və İmişli rayon sakini T.Quliyev Bakı şəhərinə gedəcəklərini bildiriblər.

Qarabörk kəndi ərazisində T.Quliyev münaqişə zəminində sürücünün baş nahiyəsinə bıçaqla xəsarət yetirib, S.Daşdəmirov isə avtomobildə olan 123 manat pulu götürüb hadisə yerini tərk ediblər.

Ucar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində onlar saxlanılıb və sərxoş halda olmaları müəyyən edilib.

Xəbər lenti