Xəzər Xəbər

Azərbaycanda marşrut avtobusu ağır qəza törətdi – ÖLƏN VAR

Hadisə | 14:09 • 17 Fevral 2020
Azərbaycanda marşrut avtobusu ağır qəza törətdi

Gəncə şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

XəzərXəbər xəbər verir ki, dünən saat 7 radələrində Gəncə şəhəri Nizami küçəsində Samux rayon sakini Əhməd Mustafayev idarə etdiyi "İsuzu” markalı xətt avtobusu ilə yolu keçən şəhər sakini Eldar Abbasovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Gəncə ŞBPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti