Xəzər Xəbər

Azərbaycanda DƏHŞƏT: 9 yaşlı uşağı qızmar şişlə dağladılar

Hadisə | 12:24 • 14 Fevral 2020
Azərbaycanda DƏHŞƏT:

Tərtərdə 9 yaşlı uşağı qızmar şişlə dağlayıblar.

XəzərXəbər xəbər verir ki, ötən gün Xəzər tv də efirə gedən "Səni axtarıram" verilişində qan donduran hadisə haqqında danışılıb.

Tərtərdən olan şəxs öz həyat yoldaşının övladına etdiyi zülmə dözmədiyini və onunla bacara bilmədiyini bildirib.

Anasının uşağı qızdırılmış şişlə dağladığını bildirən ata hər kəsi göz yaşlarına boğub. 9 yaşlı uşaq həm də xərçəng xəstəliyindən əziyyət çəkir.

Ana efirə canlı bağlantı ilə bağlanaraq yalnız öz həyatından şikayətlənib. İttihamlara qarşı çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti