Xəzər Xəbər

Bakıda avtobus sürücüsü dispetçeri bıçaqlayıb

Hadisə | 18:17 • 13 Fevral 2020
Bakıda avtobus sürücüsü dispetçeri bıçaqlayıb

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.


APA-nın məlumatına görə, hadisə "Cantəpə” yaşayış massivində qeydə alınıb. 142 saylı marşrut avtobusunun sürücüsü ilə dispetçer, 1982-ci il təvəllüdlü Hüseynov Səxavət Zöhrab oğlu arasında mübahisə düşüb. Mübahisə zəminində sürücü S.Hüseynova bir neçə bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsində araşdırma aparılır.


Bakı Nəqliyyat Agentliyindən APA-ya bildirilib ki, 142 nömrəli münətəzəm marşrut xətti Manella MMC-nin müvəqqəti istismarındadır. Gündəlik olaraq bu xətt üzrə BNA-ya şikayət daxil olur. Həm istifadə olunan avtobusların texniki vəziyyəti, həm də sürücülərin peşəkarlığı sürücülərin psixoloji durumu qənaətbəxş deyil. Dəfələrlə daşıyıcı qarşısında məsələ qaldırılsa da, tədbirlər görülməyib. Bu səbəbdən də həmin xətt yaxın vaxtlarda müsabiqəyə çıxarılacaq. Mövcud daşıyıcı müsabiqə şərtlərinə cavab verməsə, təbii ki, onunla müvəqqəti istismara dair imzalanmış müqaviləyə xitam veriləcək.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti