Xəzər Xəbər

Sumqayıtda yolu keçən iki piyadanı maşın vurub

Hadisə | 16:56 • 13 Fevral 2020
Sumqayıtda yolu keçən iki piyadanı maşın vurub

Sumqayıtda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Şəhər ərazisində yolu keçmək istəyən - 1969-cu il təvəllüdlü Qədimova Leyla Əvəzxan qızı və 1955-ci il təvəllüdlü Rəsulov Yaşar Gülməmməd oğlunu avtomobil vurub. Hər iki piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.


Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti