Xəzər Xəbər

Bakıda tələbə qızın ölümü ilə bağlı cinayət işi açıldı

Hadisə | 12:44 • 13 Fevral 2020
Bakıda tələbə qızın ölümü ilə bağlı cinayət işi açıldı

Bakıda universitetin III kurs tələbəsi olan gənc qızın dəm qazından boğularaq ölməsi hadisəsi ilə bağlı cinayət işi açılıb.

XəzərXəbər xəbər verir ki, Xətai rayonu, Mirzə Davud küçəsi, ev 45 ünvanında yerləşən həyət evində Bakı Avrasiya Universitetinin tələbəsi, 2000-ci il təvəllüdlü Rəhmanova Nigar Taleh qızının dəm qazından boğularaq ölmə faktı ilə bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ölümlə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti