Xəzər Xəbər

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi

Hadisə | 09:47 • 29 Yanvar 2020
Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin mətbəxində kombi aparatı yanıb. Yanğın zamanı 2-si azyaşlı olmaqla 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti