Xəzər Xəbər

Paytaxtda saxta pulla telefon alan şəxs saxlanıb

Hadisə | 10:14 • 23 Yanvar 2020
Paytaxtda saxta pulla telefon alan şəxs saxlanıb

Bakıda saxta pulu dövriyyəyə buraxan şəxs saxlanılıb.


Yanvarın 10-da Bakı şəhər sakini Z.Göyüşov polisə müraciət edərək bildirib ki, yanvarın 8-də gecə saatlarında Moskva prospektində naməlum şəxs ona 500 manat saxta pul ödəyərək mobil telefon alıb.


Daxil olan müraciət əsasında Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri çevik intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində dövriyyəyə saxta pul buraxmaqda şübhəli bilinən Salyan rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunan 1993-cü il təvəllüdlü Qüdrət Bayramov müəyyən olunaraq tutulub.

Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir, saxta pulun mənbəyi araşdılır.

Xəbər lenti