Xəzər Xəbər

Azərbaycanda şadlıq evində dəhşətli hadisə YERİNDƏCƏ ÖLDÜ

Hadisə | 14:10 • 21 Yanvar 2020
Azərbaycanda şadlıq evində dəhşətli hadisə

Xaçmaz rayonunda şadlıq evində ölüm hadisəsi olub.

Trend-in məlumatına görə, hadisə rayon ərazisindəki "Aygün" şadlıq sarayında baş verib. Xaçmaz şəhər sakini, 1967-ci il təvəllüdlü, adıçəkilən obyektdə fəhlə işləyən Məmmədov Rəşid Hümmət oğlu toy zalının asma tavanında çilçıraq bağlayarkən tavanın gipsalitdən olan hissəsi uçub. Nəticədə 6 metrlik hündürlükdən mərmər döşəməyə yıxılan R.Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanıb.

Xəbər lenti