Xəzər Xəbər

Ötən gün baş verən yol qəzalarında 4 nəfər ölüb

Hadisə | 11:21 • 21 Yanvar 2020
Ötən gün baş verən yol qəzalarında 4 nəfər ölüb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 26 cinayətin üstü "isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Xəbər lenti