Xəzər Xəbər

Bakıda dəm qazı zəhərlənməsi ilə bağlı cinayət işi başlanıb

Hadisə | 10:50 • 21 Yanvar 2020
Bakıda dəm qazı zəhərlənməsi ilə bağlı cinayət işi başlanıb

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.


Hadisə paytaxtın Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi ev 15, mənzil 33-də qeydə alınıb. Həmin ünvanda yaşayan Liliya Çuprikova yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.


Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. (APA)

Xəbər lenti