Xəzər Xəbər

Xətaidə 20 000 manat dəyərində qızıl-zinət oğurlanıb

Hadisə | 15:36 • 8 Yanvar 2020
Xətaidə 20 000 manat dəyərində qızıl-zinət oğurlanıb

Xətai rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinyət əşyaları oğurlamaqda şübhəli bilinən Z.Süleymanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 25-də rayon ərazisindəki evlərin birindən 2320 manat oğurlamaqda şübhəli bilinən Z.Süleymanov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha bir evdən 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti