Xəzər Xəbər

Bakıda ev alqı-satqısı ofisində quldurluq – BIÇAQLA HƏDƏLƏDİ

Hadisə | 14:20 • 8 Yanvar 2020
Bakıda ev alqı-satqısı ofisində quldurluq

Bakıda quldurluq hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini V.Nəbiyev yanvarın 7-də R.Rüstəmov küçəsində yerləşən ev alqı-satqısı ofisində paytaxt sakini Ə.Məmmədovun onu bıçaqla hədələyib 500 manatını və mobil telefonunu aldığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsinda quldurluğu törətməkdə şübhəli bilinən Ə.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti