Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
Xezerxeber.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Daxili İşlər Nazirliyinin ekoloji nəzarət postunun ərazisində qeydə alınıb.
Məlumata görə, Qazax rayon sakini, 1984-cü il təvəllüdlü Məmmədov Nurlan Nazim oğlu dostu tərəfindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb, vəziyyəti orta ağırdır.