Yanvarın 2-də Bakı şəhər sakini Yusif Hüseynov dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və orada ölüb. Araşdırmalarla onun spirtli içkidən ölməsi müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində spirtli içkini satan şəxs - Q.Qarayev prospektindəki bazarda topdan satış mağazasının sahibi, Bakı şəhər sakini S.Seyidov saxlanılıb.