Xəzər Xəbər

Bakıda topdan satış mərkəzinin sahibi həbs edildi – İÇKİDƏN ÖLƏN ŞƏXSƏ GÖRƏ

Hadisə | 15:34 • 7 Yanvar 2020
Bakıda topdan satış mərkəzinin sahibi həbs edildi

Bakıda spirtli içki satışı ilə məşğul olan şəxs tutulub.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 2-də Bakı şəhər sakini Yusif Hüseynov dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və orada ölüb. Araşdırmalarla onun spirtli içkidən ölməsi müəyyən edilmişdir.

Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində spirtli içkini satan, Q.Qarayev prospektində yerləşən bazardakı topdan satış mağazasının sahibi, Bakı şəhər sakini S.Seyidov saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar