Xəzər Xəbər

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: yeyib-içdilər, sonra...

Hadisə | 13:59 • 6 Yanvar 2020
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ:

Sumqayıt şəhərində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Nail Ağayarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az-ın xəbərinə görə, Nail Ağayarov 31 avqust 2017-ci il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yaşadığı məhəllədə qonşusu Həsənağa Gülməmmədovun onun evinin yanından keçərkən, evinə baxması barədə yalandan şayiə yayaraq, qonşular arasında onu biabır etməsini səbəb gətirib.

Evinə boylandı, ev sahibini döydü

Buna görə də Nail Ağayarov onunla mübahisə edib, şillə ilə Həsənağa Gülməmmədovun boyun nahiyəsindən zərbə vurub, ona xəsarət yetirib.

Bundan başqa Nail Ağayarov oktyabrın 19-da, saat 11 radələrində sərxoş vəziyyətdə Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən Nizami abidəsinin yaxınlığında tanışları Pərviz İsmayılov və Saleh Mərdanov ilə görüşüb.

İçki məclisində bıçaq söhbəti

Daha sonra onlar birlikdə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən "Nənəmin təndiri” adlanan iaşə obyektinin arxasında olan adsız kafedə çaxır içiblər.

Bu zaman Saleh Mərdanov Nail Ağayarovdan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib və üzərində gəzdirdiyi ov bıçağını baxmaq üçün alıb. Saleh Mərdanov həmin bıçağı özündə saxlayıb. Kafedən çıxandan sonra Nail Ağayarov Saleh Mərdanovdan həmin bıçağı geri qaytarmasını tələb edib.

Bıçağı verməmək üçün söyüş söydü

Buna görə də onların aralarında mübahisə yaranıb. Mübahisə zamanı Saleh Mərdanov ona qarşı nalayiq ifadələr işlədib, bıçağın onda olmadığını bildirib.

Bundan sonra Nail Ağayarov Saleh Mərdanovla birlikdə 34-cü məhəllə ərazisindəki uşaq bağçasının yaxınlığındakı qarajların arxasına keçiblər. Onlar orada mübahisələrini davam etdiriblər.

Bu zaman Nail Ağayarov ona məxsus bıçağın Saleh Mərdanovun əynində olan şalvarın kəmərinin altına keçirdiyini görüb. O, sonuncuya bıçağın onda olmasına baxmayaraq nəyə görə nalayiq sözlər işlətdiyini deyib.

Əlbəyaxa dava

Daha sonra Saleh Mərdanov yumruqla Nail Ağayarovun sifət nahiyəsindən vuraraq yerə yıxıb. Ona sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirib.

Bundan sonra Nail Ağayarov Saleh Mərdanovun belində olan bıçağı götürərək, əlində qatlanmış vəziyyətdə olan bıçağın arxası ilə ona zərbə endirib. Sonra Saleh Məmmədov onu təpiklə vurub.

Bu zaman Nail Ağayarov Saleh Mərdanovdan qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib. O, Saleh Mərdanovun bədəninin müxtəlif nahiyələrindən bir neçə zərbə vurub.

Qanlı olay

Həmin vaxt orada olan Natiq Şıxəliyev, Zaur Şıxəliyev və Nazir Əliyev onun daha çox zərbə vurmasının qarşısını alıb.

Daha sonra Saleh Mərdanov tanışı Murad İmanov tərəfindən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Orada vaxtında ixtisaslaşdırılmış tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub.

İki maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Nail Ağayarovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nail Ağayarov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Nail Ağayarov apelyasiya şikayəti verib.

Nail Ağayarov barəsində olan hökmün dəyişdirilməsini, ona ədalətli və yüngül cəza təyin olunmasını istəyib. Nail Ağayarovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Nail Ağayarovun şikayəti təmin olunmayıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti