Xəzər Xəbər

Bakıda kütləvi dava: bir nəfər qətlə yetirildi, taksi sürücüsü yaralandı

Hadisə | 12:50 • 5 Yanvar 2020
Bakıda kütləvi dava:

Binəqədi rayonunda qətl hadisəsi baş verib.


Oxu.Az xəbər verir ki, hadisə 9-cu mikrorayonda Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.


Taksi sürücüsü 1985-ci il təvəllüdlü Əkbərov Ziyad Əfqan oğlu və 1988-ci il təvəllüdlü Anar Tağıyev naməlum şəxs tərəfindən bıçaqlanıblar.


Z.Əkbərov yaralı vəziyyətdə A.Tağıyevi özünə məxsus avtomobillə 1 saylı şəhər xəstəxanasına aparıb. Lakin A.Tağıyev avtomobildə çox qan itirdiyindən dünyasını dəyişib.


Z.Əkbərov isə ayağından bıçaqlandığı üçün cərrahi əməliyyat olunub.


Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin və Binəqədi Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçiriblər.


Hazırda araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti