Xəzər Xəbər

Maştağada velosipedçini vuraraq hadisə yerindən qaçan avtobus sürücüsü saxlanılıb

Hadisə | 13:23 • 24 Dekabr 2019
Maştağada velosipedçini vuraraq hadisə yerindən qaçan avtobus sürücüsü saxlanılıb

Dekabr ayının 20-də saat 13 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Sabunçu qəsəbə sakini paytaxt sakini 1973-cü il təvəllüdlü Roman Nəsibov velosipedlə hərəkət edən zaman naməlum avtomobil tərəfindən vurulub.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, həmin şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Sürücü isə piyadaya heç bir yardım göstərməyərək hadisə yerindən yayınıb.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən 131 saylı marşrut xətti ilə hərəkət edən "Daewo” markalı avtobusun sürücüsü Xanağa Novruzov saxlanılaraq istintaqa təqdim edilib. Qeyd edək ki, avtobusun velosipedçini vurması anı müşahidə kameraları vasitəsilə də lentə alınıb.

Qeyd olunan faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1 (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti