Xəzər Xəbər

Bakıda ana və azyaşlı qızını maşın vurub, uşaq ölüb

Hadisə | 10:58 • 23 Dekabr 2019
 Bakıda ana və azyaşlı qızını maşın vurub, uşaq ölüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.


Rayon sakinləri M.N və qızı 2016-cı il təvəllüdlü T.N (adlar şərtidir) yolu keçmək istəyərkən onları avtomobil vurub. Qəza nəticəsində azyaşlı T.N aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ana isə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti