Xəzər Xəbər

Bakıda ağır qəza: Motosiklet “Volkswagen”lə toqquşdu

Hadisə | 15:18 • 21 Dekabr 2019
Bakıda ağır qəza:

Bu gün günorta saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə zamanı motosiklet 99-UJ-693 dövlət nömrə nişanlı "Volkswagen”lə toqquşub.

Qəza Həsən Əliyev küçəsində qeydə alınıb. Hadisə zamanı motosikletin sürücüsü xəsarət alıb və çağırılan təcili tibbi yardımın köməyilə xəstəxanaya çatdırılıb.

Qəzanın hansı şəraitdə baş verdiyi məlum deyil.

Hadisədən sonra yolda tıxac yaranıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti