Xəzər Xəbər

Bakıda zibil qutusundan "Makarov" aşkarlandı

Hadisə | 10:09 • 21 Dekabr 2019
Bakıda zibil qutusundan "Makarov" aşkarlandı

Bakıda küçədən silah tapılıb.

Sabunçu rayonu, Zabrat qəsəbə sakini, 1991-ci il təvəllüdlü Əliyev Valid Həvasət oğlu Ş.Əzizbəyov küçəsi 22 ünvanındakı zibil yeşiyindən kağıza bükülü silah aşkar edib.

Hüquq mühafizə orqanları əməkdaşlarını apardığı araşdırma zamanı müəyyən edilib ki, tapılan silah 1973-cü ilin istehsalı olan "Makarov" markalı tapançadır və üzərindəki sandıqçada 3 ədəd patron var.

Faktla bağlı araşdırma aparılır./Publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti