Xəzər Xəbər

Sumqayıtda avtomobil aşıb, 5 nəfər xəsarət alıb

Hadisə | 14:33 • 20 Dekabr 2019
Sumqayıtda avtomobil aşıb, 5 nəfər xəsarət alıb

Bakı-Quba yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Qarşısına çıxan iti vurmamaq üçün manevr etmək istəyən avtomobil yoldan çıxaraq aşıb.


Qəza nəticəsində avtomobildə olanlar - 1938-ci il təvəllüdlü Süleymanov Bəylər İsgəndər oğlu, 1964-cü il təvəllüdlü Məmmədov Xayman Qoçəli oğlu, 1960-cı il təvəllüdlü Eyvazov Füzuli Balağa oğlu, 1958-ci il təvəllüdlü Hüseynov Hüseynağa Mirhüseyn oğlu və 1988-ci il təvəllüdlü Zeynalov İlqar Ələddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.


Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti