Xəzər Xəbər

Sumqayıtda məcburi köçkün faciəvi şəkildə öldü

Hadisə | 11:40 • 20 Dekabr 2019
Sumqayıtda məcburi köçkün faciəvi şəkildə öldü

Sumqayıtda kişi faciəvi şəkildə ölüb.

Hadisə dekabrın 19-da saat 18 radələrində şəhərin Sumqayıt qəsəbəsində baş verib.

Belə ki, Qacay Fərmanov Qubadlı rayonundan olan məcburi köçkünləri elektrik enerjisi ilə təmin edən 35 kilovoltluq yüksək gərginlikli elektrik dirəyində iş görərkən onu cərəyan vuraraq öldürüb.

Hadisə ilə bağlı ilkin Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.(Report)

Xəbər lenti