Xəzər Xəbər

Azərbaycanda zəlzələ oldu

Hadisə | 09:24 • 20 Dekabr 2019
Azərbaycanda zəlzələ oldu

Azərbaycanın daha bir rayonunda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkan yerli vaxtla saat 08:00-da Bərdə stansiyasından 8 km cənub-qərbdə Bərdə ərazisində zəlzələ qeydə alınıb.

Dərinliyi 24 km, maqnitudası 3.2 olan zəlzələ hiss olunmayıb.

***

Siyəzəndə zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Yeraltı təkanlar yerli vaxtla saat 03:57-də Altıağac stansiyasından 22 km şimal-şərqdə, Siyəzən ərazisində qeydə alınıb. Zəlzələ 3,3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 44 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.

Xəbər lenti