Xəzər Xəbər

Azərbaycanda güllələnmiş meyiti tapılan şəxslə bağlı YENİ FAKTLAR

Hadisə | 09:42 • 19 Dekabr 2019
Azərbaycanda güllələnmiş meyiti tapılan şəxslə bağlı

Saatlı rayonunda çobanın güllə xəsarəti alması nəticəsində ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

XəzərXəbər xəbər verir ki, ilkin araşdırmalar nəticəsində rayonun Dədə Qorqud kəndi yaxınlığındakı fermada çoban işləyən və kənddən təxminən 5 kilometr məsafədə meyiti tapılan 1978-ci il təvəllüdlü Əliyev Sakit Əjdər oğlunun ehtiyatsızlıqdan özünü güllələdiyi məlum olub.

Belə ki, çöllük sahədə qoyunları otaran S.Əliyev özü ilə gəzdirdiyi ov tüfəngini lüləsindən tutaraq daşıyırmış. Bu zaman qəfil atəş açılıb və patrondan çıxan qırmalar onun qarın boşluğuna tuş gəlib. Daxili orqanları zədələnən 41 yaşlı kişi hadisə yerində vəfat edib.

Onun 4 azyaşlı övladı qalıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti