Xəzər Xəbər

İnterpol xuliqanlıqda təqsirləndirilən Azərbaycan vətəndaşını axtarır - FOTO

Hadisə | 16:28 • 18 Dekabr 2019
İnterpol xuliqanlıqda təqsirləndirilən Azərbaycan vətəndaşını axtarır -

Azərbaycanın hüquq-mühafizə orqanları xuliqanlıqda təqsirləndirilən şəxs barəsində beynəlxalq axtarış elan edib.


APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.


Məlumatda qeyd olunub ki, 1987-ci il təvəllüdlü Elçin Məmmədov xuliqanlıqda təqsirləndirilərək barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.


Hazırda E. Məmmədovun saxlanılması istiqamətində beynəlxalq axtarışlar davam etdirilir.

Xəbər lenti