Xəzər Xəbər

Azərbaycanda hər kəsi ŞOKA SALACAQ HADİSƏ: tələ qurur və nizə ilə... - FOTO

Hadisə | 15:46 • 18 Dekabr 2019
Azərbaycanda hər kəsi ŞOKA SALACAQ HADİSƏ:

Cəlilabadın İranla həmsərhəd kəndələrində çöl qabanları qanunsuz ovlanır.

Rayon sakinlərinin Publika.az-a göndərdiyi şikayət məktubunda qeyd olunur ki, Fuad adlı işbaz rayonun Yaqublu və Cəfərxanlı kəndləri ərazisində tələ quraraq qanunsuz qaban ovu ilə məşğuldur.

Sakinlər bildirir ki, həmin şəxs şəkildə gördüyünüz tələlərdən bir neçəsini adıçəkilən kəndlərin ərazisində yerləşdirib: "Hazırda qabanların balalama dövrü olduğu üçün onları ovlamaq olmaz. Amma bu şəxs tələyə düşən heyvanları qarnında balaları ola-ola 2 metrlik nizələrlə öldürür, sonra isə onların ətini kolbasa sexlərinə satır. Fuad bir neçə kənd sakini ilə söhbətində qaban "biznesi"ndən 20 gündə 36 min manatlıq gəlir əldə etdiyini bildirib".

Sakinlər Fuad adlı şəxsin cəlilabadlı olmadığı, qaban biznesinə görə müvəqqəti rayonda məskunlaşdığını deyirlər.

Sakinləri narahat edən digər bir məsələ qanunsuz qaban ovu səbəbilə kəndə canavarların, çaqqalların axın etməsidir:

"Tələlər olan kəndlərə qan iyinə canavarlar və digər vəhşi heyvanlar üz tutur. Həmin ərazidə mal-qara tez-tez canavarların, çaqqalların hücumuna məruz qalır. Bununla bağlı rayonun aidiyyəti qurumlarına müraciət etmişik. Bəzi kəndlərdən həmin tələlər yığışdırılsa da, Fuad adlı şəxs barəsində ciddi tədbir görülmür. Onun bu qanunsuz əməllərinin qarşısı alınmayıb".

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verdik. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova saytımıza bildirdi ki, məsələ ilə bağlı araşdırma aparılacaq, araşdırmanın yekunu və görüləcək tədbir barədə məlumat veriləcək.

Mövzu araşdırılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti