Xəzər Xəbər

Piyadanı öldürüb qaçan sürücü istintaqa cəlb edilib

Hadisə | 14:43 • 18 Dekabr 2019
Piyadanı öldürüb qaçan sürücü istintaqa cəlb edilib

Şəmkir rayonu ərazisində qeyri-aşkar şəraitdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib qaçan sürücü rayonun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa cəlb edilib.


Baş Prokurorluğun Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, dekabrın 14-də saat 07 radələrində Bakı-Qazax yolunun Şəmkir şəhəri ərazisindən keçən hissəsində yolun kənarı ilə hərəkətdə olan piyada 1964-cü il təvəllüdlü Şıxməmmədov Telman Firudin oğlu naməlum sürücünün idarə etdiyi avtomobillə vurulub. Hadisə nəticəsində piyada həlak olub. Sürücünün piyadanın ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.


Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.


Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "VAZ-2106” markalı 32-BA-308 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1994-cü il təvəllüdlü Mustafayev İsmət Şükür oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.


İsmət Mustafayev dekabrın 18-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf edib.


Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti